RU

“Ukrayna hərbçiləri Sucanı tərk etməyib: döyüşlər davam edir...” - Ali Radanın komitə katibi

Yazını böyüt
Yazını kiçilt

Ukrayna hərbçiləri Kursk vilayətinin Suca şəhərində döyüşləri davam etdirir və Ukrayna Silahlı Qüvvələrinin şəhərdən tam çıxarılması ilə bağlı məlumat təsdiqini tapmır.

Hafta.az “TSN” kanalına istinadla xəbər verir ki, bunu Ali Radanın Milli Təhlükəsizlik Komitəsinin katibi Roman Kostenko brifinq zamanı deyib.

"Oradakı döyüşçülər bizim Sucadan tam geri çəkildiyimizi təsdiq etmir, döyüşlər davam edir. Ruslar müəyyən ərazilərə nəzarət edirlər, lakin qoşunlarımızın tam çıxarılması barədə məlumat yoxdur. Vəziyyət ağırdır, düşmən təzyiq göstərir, komandanlığımız yeni ehtiyatlardan istifadə edərək onu sabitləşdirməyə çalışır", - Kostenko qeyd edib.

Onun sözlərinə görə, Rusiya qoşunları da Ukraynanın logistikasını pozmaq üçün Ukrayna ərazisində bəzi əraziləri saxlamağa çalışır.

Xatırladılır ki, Rusiya ordusunun Kursk vilayətində əhəmiyyətli irəliləyişləri qeydə alınır. Belə ki, martın 10 və 11-nə olan döyüş əməliyyatlarının xəritələri Kursk vilayətində Ukrayna Müdafiə Qüvvələrinin nəzarətində olan ərazinin nəzərəçarpacaq dərəcədə azaldığını göstərir.

Избранный
18
hafta.az

1Источники