İngiltərə Baş naziri Starmer, İngiltərə parlamentində keçirilən həftəlik "Baş nazir sualları sessiyası"nda ABŞ-dən polad və alüminium idxalına tətbiq edilən 25 faizlik gömrük rüsumunun qüvvəyə minməsindən sonra məyusluğunu dilə gətirib.
Hökumətin bundan sonra da bu mövzuda "praqmatik bir yanaşma" qəbul edəcəyini ifadə edən Starmer, "Əgər müvəffəqiyyətli olsaq, gömrük rüsumlarını da ehtiva edən və daxil edəcək bir iqtisadi razılaşma (ABŞ ilə) müzakirə edirik. Ancaq bütün variantları masada saxlayacağıq", - deyə qeyd edib.
Britaniyanın maliyyə naziri Ceyms Murray və ticarət naziri Conatan Reynolds da bu gün verdiyi açıqlamada Britaniyanın ABŞ-nin gömrük tariflərinə qarşı praqmatik bir yanaşma tətbiq edəcəyini bildiriblər.