RU

Ermənistanda qar uçqununda itkin düşən ispaniyalı turistin meyiti tapılıb

Martın 11-də Ermənistanın Araqatsotn vilayətindəki Araqats dağ massivinin şimal yüksəkliklərində qar uçqunu nəticəsində itkin düşən səyyahın meyiti tapılıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə məlumatı bu ölkənin Daxili İşlər Nazirliyi yayıb.

Qeyd edək ki, 9 ispaniyalı turist ərazidə gəzintisi zamanı qar uçqununa düşüb.

Əcnəbi turistin axtarışlarına polis əməkdaşları, yanğınsöndürənlər, eləcə də xilasetmə qüvvələri cəlb edilmişdi.

Избранный
27
2
nocomment.az

3Источники