RU

Yekun qərar verildi, “Neftçi” şikayət edəcək!

“Neftçi”nin ingiltərəli legioneri Bassala Sambu ölkə kubokunun yarımfinal mərhələsində “Sabah”la oyunlarda iştirak edə bilməyəcək.

Buna səbəb 27 yaşlı hücumçunun “Kəpəz”lə cavab oyununda aldığı qırmızı vərəqədir.

Məlum hadisəyə görə İntizam Komitəsi “ağ-qaralar”ın forvardını 2 oyunluq cəzalandırıb.

“Neftçi” ilk günlərdə bununla bağlı apellyasiya şikayəti etməyi düşünməsə də, “Neftçi” – “Turan” qarşılaşmasında yaşanan epizod klub rəsmilərini ciddi addım atmağa vadar edib.

Matçın ilk hissəsinin son dəqiqəsində Veysəl Rzayev Azər Salahlının ayağına zərbə endirib. Lakin Rəvan Həmzəzadə “Turan Tovuz”un futbolçusuna vərəqə göstərməyib.

Oxşar epizodda Sambunun “qırmızı” alıb, Veysəlin bağışlanması “Neftçi” rəsmilərini çaş-baş salıb. Odur ki, Sambunun cəzasının ləğvi üçün apellyasiya şikayəti ediləcək.

HƏBİB / SPORTİNFO.AZ

Избранный
17
sportinfo.az

1Источники