RU

“Xocalı. Son toy…” filminin ssenari müəllifi: İdeya bir toy fotosundan yaranıb

“Xocalı. Son toy…” filminin ideya və ssenari müəllifi Niyam Şirinov və quruluşçu rejissoru Yusif Ələkbərzadə çəkiliş prosesindən danışıblar.

“Report” xəbər verir ki, ssenarist Niyam Şirinov filmin ideyasının bir toy fotosundan yarandığını bildirib.

“Fikirlər var idi ki, həmin şəkildəki bəy və gəlin artıq həyatda yoxdur. Amma sırf təsadüf nəticəsində mən onları tapdım. 2020-ci ilin 26 fevralında Dürdanə xanımla görüşdük və bununla da, torpaqlarımızın işğaldan azad olunmasından sonra məhz bu ideyanı gerçəkləşdirəcəyimizə söz verdik”, - o deyib.

Quruluşçu rejissor Yusif Ələkbərzadə isə film prosesinin iki mərhələdən ibarət olduğunu deyib:

“Çəkilişin bir hissəsi Xocalıda, bir hissəsi isə Ağsuda çəkilib. Xocalının mərkəzində çəkəcəyimiz hissə bir az bizi, düzü, qorxudurdu. Çünki 40-a yaxın Xocalı sakini ilə yenidən Xocalıya qayıtmaq sözlə ifadə olunacaq hisslər deyil”.

Daha sonra filmdə əməyi keçənlərə təşəkkür ifadə olunub.

Избранный
45
9
report.az

10Источники