RU

Obamadan şikayətləndi

ABŞ-nin keçmiş prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama ərindən şikayətlənib.   Manset.az Newsweek jurnalına istinadən xəbər verir ki, Mişel həyat yoldaşının daim hər yerə gecikdiyini bildirib: “Daim gecikmək Barak Obamanın ən pis vərdişlərindən biridir”. “Mənim bir ərim var ki, getmə vaxtı olanda qəflətən qalxıb tualetə gedir! Ona deyirəm: “Əgər üçdə çıxırıq deyiriksə, bu o deməkdir ki, sən artıq hər şeyi etmisən, bilirsənmi? Çıxmalı olduğumuz anda eynəyini axtarmağa başlama!”, - ABŞ-nin keçmiş birinci xanımı ərini zarafatla danlayıb.

Qeyd edək ki, 1992-ci ildə ailə quran cütlüyün Malia və Saşa adlı iki qızı var.

Избранный
27
6
manset.az

7Источники