Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova U-23 Avropa çempionatının qalibi olub.
Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova (53 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.
Operativ Media xəbər verir ki, Elnurə Məmmədova finalda rusiyalı Yekaterina Karpuşkinaya (UWW) 3:0 hesabıyla qalib gələrək U23 Avropa çempionu oldu.
Qeyd edək ki, dünən Azərbaycanın qadın güləşçisi Günay Qurbanova (59 kq) Avropa çempionu olub.