RU

Jurnalist Daxil İşlər Nazirliyinə müraciət etdi:” Bu quldurları məsuliyyətə cəlb edin”

Jurnalist Səbuhi Abbasov sosial şəbəkə hesabından güc strukturlarına müraciət edib. Jurnalistin muracitini diqqətinizə çatdırırıq:

Əziz dostlar, Binəqədi rayonu tamamilə yiyəsiz qalıb. Elxan Allahverdiyev və başının dəstəsi bu rayonun altını da, üstünü də istismar edib və edir. Rayon Mozambik qaydaları ilə idarə olunur. Kim nə istəyir edir, haranı istəyir qazır, dağıdır, yetər ki, rüşvətini ver, vəssalam.

Deməli, hansısa yeni tikiləcək binaya görə özəl bir şirkət Biləcəri, Rəsulzadə qəsəbəsi, Zəngəzur küçəsinin şüşə kimi olan 4-5 km.lik asvalt yolu düz DSK-ya qədər 4 metrə qədər qazaraq, darmadağın edib. Kanalizasiya xətlərimiz dağıdılıb, bu gün isə su xətlərimizi ekskavatorla dağıdıb, qırıb, elə də tullayıb gediblər. Evə su gəlmir, kombi işləmir, kanalizasiya da öz yerində. ADSEA rəhbəri Zaur Mikayılovdan jurnalist kimi xahiş, vətəndaş kimi tələb edirəm. Bunların dağıtdıqları kanalizasiya xətləri, su boruları sizin ixtiyarınızdadır. O turbadan gələn su sizin sayğaclara qoşulub və aylıq pul ödəyirik. Xahiş edirəm, bu tikinti terrorçularını dahandırın.

Üz tuturam Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, şəxsən daxili işlər naziri general-polkovnik cənab Vilayət Eyvazova, tikinti adi ilə bütün qəsəbəni iflic edən bu quldurları məsuliyyətə cəlb edin. Rayonun başçısı çətin ki, yeyib-içməkdən, eyş-işrətdən başını açsın. Artıq 102 xidmətinə müraciət etmişəm.

image-img_20250312_215436

Избранный
26
2
veteninfo.az

3Источники