RU

Qara çörəyin tərkibə nə qatılır?

Əvvəllər qara çörəkdən, əsasən, pəhriz saxlayanlar və şəkər xəstələri istifadə edirdi. 

Ancaq son vaxtlar qara çörəyəüstünlük verənlərin sayı artıb.

Zamanla qara çörəyin tərkibinə bir çox kimyəvi maddələrin vurulması ilə bağlı söz-söhbətlər də gəzir.

Dietoloq Leyla Sarıyeva Hit.az-a deyib ki, tərkibinə müxtəlif qatqılar əlavə olunan qara çörəklər çoxdur, amma həmin rəngdə olan məhsula "pəhriz çörəyi" demək olmaz: 

"Qara çörəklərin rənginin dəyişdirilməsi üçün ona kofe, kakao tozu vurulur, hətta fərqli qida rəngləndiricilərdən istifadə edilir. Onu da qeyd edim ki, xüsusi xəstəliyi olan insanların sağlamlıq baxımından qara çörəkdən istifadə etməsi çox vacibdir. Əvvəllər qara çörəkdən yalnız şəkər xəstələri istifadə edirdisə, günümüzdə pəhriz saxlayanlar da üstünlük verirlər. Çünki , qara çörəyin kalorisi ağ çörəyə nisbətən azdır. Həmçinin , ağ çörəyə nisbətdə qara çörəyin tərkibi vitaminlər, minerallar və təbii liflərlə zəngindir. Bəzi xəstəliklərdən əziyyət çəkən insanlar qara çörəkdən istifadə etsinlər ki, bu maddələri də qəbul edə bilsinlər”.

Sevinc

Избранный
18
hit.az

1Источники