“Liverpul” Çempionlar Liqasında ilk dəfə penalti seriyasında uğursuzluğa düçar olub.
“Opta Sports”un məlumatına görə, İngiltərə klubu ilk dəfə penalti seriyasında məğlub olub. “Liverpul” 1/8 final mərhələsinin cavab oyununda PSJ-yə 0:1 hesabı ilə uduzub. İlk görüşdə İngiltərə təmsilçisi eyni hesabla qalib gəldiyi üçün əlavə vaxt oynanılıb. 30 dəqiqəlik mübarizədə hesab dəyişməyib, penalti seriyasında isə PSJ 4:1 hesabıyla qalib gələrək mərhələ adlayıb.
“Liverpul” Çempionlar Liqasında daha əvvəl 3 dəfə penalti seriyasında qələbə qazanmışdı.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта