RU

Böyük Britaniyadan Rusiyaya cavab: Diplomat və həyat yoldaşı deportasiya edildi

Rusiyanın iki britaniyalı diplomatı ölkədən çıxarmasından sonra Böyük Britaniya buna cavab olaraq bir rus diplomatı və onun həyat yoldaşını Rusiyanın Londondakı səfirliyindən qovduğunu açıqlayıb.
Editor.az-ın məlumatına görə, Böyük Britaniyanın Xarici işlər nazirliyi rəsmi Moskvanı Krallığın Moskvadakı səfirliyini bağlamağa fəal cəhd göstərməkdə ittiham edir və Rusiyanın Londondakı səfirini izahat üçün nazirliyə çağırıb.

Qeyd edək ki martın 10-da Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Böyük Britaniyanın Moskvadakı səfirliyinin ikinci katibi Alkeş Odedranın və səfirliyin siyasi şöbəsinin birinci katibi Təbəssüm Rəşidin əri Maykl Skinnerin Rusiyada akkreditasiyasının ləğv edildiyini açıqlayıb.

//Samir Qurbanov, Editor.az

Избранный
10
editor.az

1Источники