Rusiya koloniyalarında olan əcnəbilərin 70%-i Mərkəzi Asiya ölkələrinin vətəndaşlarıdır.
İnterpress.az xəbər verir ki, bu barədə “Kommersant” yazıb.
Rusiya Federasiyasının Federal Penitensiar Xidmətinin (FSIN) rəhbəri Qostev bildirib ki, Rusiya cəzaçəkmə müəssisələrində “əcnəbilərin cəmləşməsi” artıb. 2025-ci il yanvarın 1-nə olan məlumata görə, koloniyalarda 30 mindən çox əcnəbi var ki, onların da 69,5 faizi Mərkəzi Asiya ölkələrinin vətəndaşlarıdır. Qostev vurğulayıb ki, bəzi hallarda bu, qaçma və girov götürmə kimi fövqəladə vəziyyətlərə çevrilə bilər.
Bundan əlavə, onun sözlərinə görə, terrorçuluq cinayətlərində şübhəli bilinən, təqsirləndirilən və məhkum olunanların sayında 45,5%, ekstremist xarakterli olanların sayında isə 96%-dən çox artım müşahidə olunub.
Xuraman Etibarlı
İnterpress.az