Martın 15-də Rumıniyanın Eferi-Nord şəhərində kişilər arasında şahmat üzrə şəxsi Avropa çempionatına start veriləcək.
Arena.az xəbər verir ki, qitə çempionatında bütövlükdə 40 ölkədən 385 şahmatçı mübarizə aparacaq.
Azərbaycan Avropa çempionatında 13 şahmatçı ilə təmsil olunacaq. Bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Rumıniyada ölkəmizin adından aşağıdakı zəka sahibləri çıxış edəcəklər:
Aydın Süleymanlı, Nicat Abasov, Məhəmməd Muradlı, Əhməd Əhmədzadə, Misrətdin İskəndərov, Read Səmədov, Vüqar Manafov, Şiroğlan Talıbov, Elmar Atakişiyev, Xaqan Əhməd, Süleyman Süleymanlı, Şahin Vəliyev, Ümid Aslanov.
Qeyd edək ki, Avropa çempionatında yüksək nəticə göstərəcək şahmatçılar Dünya Kubokuna vəsiqə əldə edəcəklər. Yarışın ümumi mükafat fondu 100 min avro təşkil edir.
11 turdan ibarət çempionat martın 26-da baş çatacaq.