RU

UEFA ÇL: 1/8 final mərhələsinə yekun vuruldu

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vuruldu.

Operativ Media xəbər verir ki, günün birinci matçında Dortmund “Borussiya”sı səfərdə “Lill”i məğlub edərək, mərhələ adladı.

“Arsenal” PSV ilə bərabərə qalsa da turu keçən tərəf oldu. “Aston Villa” isə darmadağınla 1/4 finala yüksəldi.

Günün mərkəzi oyunu Madriddə keçirildi. “Real” ilk oyunda 2:1 hesabla üstələdiyi “Atletiko”ya əsas vaxtda məğlub oldu. Penaltilər seriyasına gedən matçda daha dəqiq olan “kral klubu” 1/4 finala adlayan sonuncu komanda oldu.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi, cavab oyunu

12 mart

21:45 Lill (Fransa) – Borussiya (Dortmund, Almaniya) 1:2

Qollar: C.David, 5 – E.Can, 54 (pen.) M.Beyer, 65

İlk oyun 1:1

00:00 Arsenal (İngiltərə) – PSV (Niderland) 2:2

Qollar: O.Zinçenko, 6, D.Rays, 37 – İ.Perişiç, 18, K.Drioş, 70

İlk oyun 7:1

00:00 Aston Villa (İngiltərə) – Brügge (Belçika) 3:0

Qollar: M.Asensio, 50, 61, İ.Maatsen, 57

İlk oyun 3:1

00:00 Atletiko (İspaniya) – Real (İspaniya) 1:0 (pen. – 2:4)

Qol: K.Qallaxer, 1

İlk oyun 1:2

Избранный
27
1
operativmedia.az

10Источники