RU

Avropanın təbii qaz ehtiyatları 36,5%-ə düşüb - "GIE"

Avropanın yeraltı qaz anbarlarında( "UGS") təbii qaz ehtiyatları son 3 ildə ilk dəfə 36.5 %-ə enib.

Valyuta.Az xəbər verir ki, bu barədə "Gas Infrastructure Europe" ("GIE") məlumat yayıb.

Məlumata əsasən, qış mövsümünün başlanğıcından bəri xalis qaz götürülməsi (çıxarılan və vurulan qaz həcmləri arasındakı fərq) 65 mlrd. kubmetrdən çox olub.

"GIE"nin məlumatına görə, martın 10-da "Aİ"nin qaz anbarlarından gündəlik çıxarılma həcmi 258 mln. kubmetr təşkil edib. Eyni zamanda, anbarlara vurulan qazın həcmi 64 mln. kubmetrə yüksəlib.

Hazırda Avropanın yeraltı qaz anbarlarının sadəcə 36,49 %-i doludur. Maye qazın ("LNG") yenidən qazlaşdırılması üzrə qurğular isə maksimal gücünün 50%-i ilə işləyir.

Rəhim

Избранный
20
valyuta.az

1Источники