Global Media Group”un və “Report” İnformasiya Agentliyinin birlikdə ərsəyə gətirdiyi “Xocalı. Son toy...” bədii-sənədli filminin təqdimat mərasimi olub.
Bakıvaxtı.az xəbər verir ki, filmin ideya və ssenari müəllifi Niyam Şirinov və quruluşçu rejissoru Yusif Ələkbərzadə çəkiliş prosesindən danışıblar.
Niyam Şirinov filmin ideyasının bir toy fotosundan yarandığını bildirib. Onun sözlərinə görə, fikirlər var idi ki, həmin şəkildəki bəy və gəlin artıq həyatda yoxdur:
"Amma mən sırf təsadüf nəticəsində onları tapdım".
N.Səfərov 5 il əvvəl - 2020-ci il fevralının 26-da Dürdanə xanımla görüşdüyünü deyərək, bu bundan sonra ideyanı gerçəkləşdirmək qərarına gəldiklərini qeyd edib.
Film prosesi ili mərhələdən ibarət olub. Bunu isə filmin quruluşçu rejissoru Yusif Ələkbərzadə deyib:
Onun sözlərinə görə, çəkilişin bir hissəsi Xocalıda, bir hissəsi isə Ağsuda çəkilib.
Layihənin rəhbəri “Global Media Group” İdarə Heyətinin sədri Elnur Abdullayev, ideya və ssenari müəllifi Niyam Şirinov, quruluşçu rejissoru Yusif Ələkbərzadə, prodüseri isə Fuad Hüseynəliyevdir.