RU

Yasamalda qadın dəm qazından boğularaq ölüb

Bakıda qadın kirayə qaldığı evdə dəm qazından zəhərlənərək ölüb.

APA xəbər verir ki, hadisə şəhərin Yasamal rayonunda baş verib.

Belə ki, 1977-ci il təvəllüdlü Şəhla Dünyamalıyeva kirayə yaşadığı mənzilin yataq otağında yatarkən mətbəxdə qaz plitəsinin üzərində olan çaydandakı su qaynayıb, daşaraq qazın sönməsinə səbəb olub.

Nəticədə Şəhla Dünyamalıyeva evə yayılmış qaz sızmasından zəhərlənərək ölüb.

Hazırda faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.

Избранный
1
30
apa.az

10Источники