Ticarət həcminə görə ən böyük kriptovalyuta birjası olan ?Binance? Əbu-Dabidə yerləşən suveren sərvət fondu ?MGX?dən 2 milyard dollar cəlb etdiyini açıqlayıb. Bu, kriptovalyuta şirkətinin məbləğə görə ən böyük investisiyadır.
?Binance?yə görə, bu, birja üçün ilk institusional sövdələşmə və steyblkoinlərlə ödənilən ən böyük investisiya məbləğidir. Binance qeyd edib ki, birja BƏƏ-də iştirakını genişləndirməyə davam edir. Şirkət 260 milyon istifadəçinin olduğunu və ümumi ticarət həcminin 100 trilyon dolları keçdiyini iddia edir.
?Binance?nin CEO-su Riçard Tenq investisiyanı şirkət və bazar üçün ?əhəmiyyətli hadisə? adlandırıb. ?MGX?in baş direktoru Ahməd Yahya qeyd edib ki, fond blokçeyn sənayesində potensial görür.