ABŞ prezidenti Donald Tramp vitse-prezident Ceyms Devid Vensi corabına görə ələ salıb.
Publika.az xəbər verir ki, hadisə Ağ Evdə İrlandiyanın baş naziri Maykl Martinlə görüş zamanı baş verib. Tramp corabına İrlandiyanın simvolu olan şamrok taxdığı üçün Vensi ələ salıb.
“Vensin corablarını bəyənirəm. Mən diqqətimi cəmləməyə çalışdım, lakin hələ də təəssürat altındayam”, - Tramp bildirib.
Bundan əvvəl Amerika KİV-ləri məlumat vermişdilər ki, görüşdə ABŞ prezidenti İrlandiyanın baş naziri ilə Ukraynadakı münaqişənin maliyyələşdirilməsini və tarif siyasətini müzakirə edib.