RU

ABŞ-nin kommersiya neft ehtiyatları 435 mln. bareli ötüb

ABŞ-də kommersiya neft ehtiyatları dörd həftəlik artımdan sonra 1 448 min barel artıb və 435 223 min barel təşkil edib.

Bu barədə ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilib.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-nin kommersiya neft ehtiyatlarının 2 100 min barel artacağını proqnozlaşdırırdı.

Qeyd edək ki, ABŞ-nin neft ehtiyatları haqqında məlumatlar dünya bazarında ?qara qızıl?ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

Избранный
2
12
banker.az

10Источники