RU

Qusarda dəhşətli CİNAYƏT – Kürəkən keçmiş qayınatasını bıçaqladı 

  Qusarın Muncuqoba kəndində cinayət hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə ötən gün axşam saat 20.45 radələrində qeydə alınıb.

Əslən bu kənddən olan, hazırda Bakıda yaşayan Ali Şıxbabayev keçmiş qayınatası Rövşən Mustafayevi döş qəfəsindən bıçaqlayıb.


55 yaşlı Rövşən Mustafayev Qusar rayon mərkəzi xəstəxanasına yerləşdirilib, ona ilk yardım edilib. Vəziyyəti orta ağırdır.

Keçmiş kürəkənin qayınatasını aralarında yaranmış şəxsi mübahisə zəminində bıçaqladığı deyilir.

Faktın araşdırılmasına başlanılıb.

Избранный
2
3
referans.az

10Источники