RU

Martın 14-də gözünüz GÖYDƏ OLSUN - Bakı vaxtı ilə saat 10:59-da...

Martın 14-də baş verəcək nadir Ay tutulması zamanı Ay diski tamamilə qırmızı rəngə çalacaq.

Turkustan.az-ın xəbərinə görə, astronomlar bildirir ki, Bakı vaxtı ilə saat 10:59-da tutulmanın maksimum mərhələsi başlayacaq və bu anda Ay qırmızı rəngə boyanacaq.

Moskva Planetariumunun mütəxəssislərinin “TASS”a verdiyi açıqlamada vurğulanıb ki, Ayın tam tutulması zamanı onun görünüşü atmosferin vəziyyətindən asılı olaraq dəyişə bilər. Qırmızılaşma boz-qəhvəyidən tutmuş narıncı çalarlara qədər dəyişəcək və bu nadir mənzərə bir saatdan çox davam edəcək.

Elm adamları bildirir ki, Ayın bu cür intensiv rəng alması onun Yerin kölgəsinə tam girməsi ilə əlaqədardır. /Musavat.com/

Избранный
8
2
turkustan.az

3Источники