Hakimlik mövzusu dünyanın bir çox ölkələrində gündəm olmaqda davam edir.
''Football-plus.az'' xəbər verir ki, Misir futbolunun bir nömrəli derbisi hakim üzündən baş tutmadı. Misir çempionatında müntəzəm mövsüm başa çatıb və artıq pley-offlar start götürüb.
Çempionluq pley-offunun 1-ci turunda ''Əl-Əhli'' ''Zəmələk''in qonağı olmalı idi. ''Əl-Əhli'' federasiyadan bu oyuna əcnəbi hakim dəvət olunmasını tələb etmiş və əks təqdirdə oyuna çıxmayacağını açıqlamışdı. Federasiya bu tələbi yerinə yetirməkdən imtina edərək oyuna yerli hakim təyin etdi. Belədə ''Əl-Əhli'' tələb olunan vaxtda ''Qəhirə Beynəlxlaq Stadionu''na çıxmadı.
Maraqlıdı ki, oyundan bir neçə saat öncə Misirin gənclər və idman naziri Əşrəf Sobhi də məsələyə qarışaraq problemi yoluna qoymağa çalışdı. Amma onun da cəhdləri uğursuz alındı. Bu gün isə federasiyanın qərarı ilə ''Əl-Əhli''yə Qəhirə derbisində 0:3 hesablı texniki məğlubiyyət verildi. Bununla da komanda mövsümdə ilk məğlubiyyətini almış oldu. Federasiyanın başqa cəzalar verəcəyi də istisna edilmir.
Qeyd edək ki, turnir cədvəlinə 42 xalla ''Piramids'' başçılıq edir. ''Əl-Əhli'' 39 xalda qaldısa, 3-cü pillədəki ''Zəmələk'' xalını 35-ə yüksəltdi.
ƏLİ
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта