Məşhur şirkətə məxsus yük avtomobili qəza edib.
Bizim.Media-nın yerli müxbirinin əldə etdiyi xəbərə görə, hadisə işğaldan azad olunmuş Əsgərən qəsəbəsi ərazisində qeydə alınıb.
"Körpü-Bina-Tikinti" MMC-yə məxsus "SHACMAN" markalı yük avtomobili hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı betondan olan dirəyə çırpılıb.
Qəza nəticəsində avtomobil yararsız hala düşüb. Sürücü isə müxtəlif dərəcəli xəsarət alaraq Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта