RU

İlon Maska qarşı etiraz aksiyaları - Bu dəfə “Tesla” robotunu hədəf alıblar

İqlim fəalları Londondakı “Tesla” mağazasında robota narıncı boya töküblər.

FED.az xəbər verir ki, “Just Stop Oil” təşkilatının iki fəalı qərbi Londonda yerləşən mağazada nümayiş üçün qoyulmuş displeyə çıxaraq “Optimus” adlı insanabənzər robota narıncı boya töküblər.

Milyarder İ.Mask ABŞ Prezidenti Donald Trampa yaxın müttəfiq hesab olunur və onun “X” platforması (keçmiş “Twitter”) vasitəsilə Britaniya, Almaniya, İtaliya və Rumıniyada sağçı partiya və fiqurları dəstəklədiyi bildirilir. ABŞ-da isə o, hökumətin kiçildilməsi planına rəhbərlik edir.

Son həftələrdə ABŞ və Avropanın bəzi “Tesla” mağazalarında İlon Maskın siyasi fəaliyyəti ilə bağlı həm dinc, həm də pozucu etiraz aksiyaları baş verib. (Azərtac)

Избранный
2
2
fed.az

4Источники