RU

Qara dəniz Enerji Kabeli layihəsi Azərbaycanın qlobal əhəmiyyətini sübut edir - Eka Tkeşelaşvili (MÜSAHİBƏ) (FOTO)

Bakı. Trend:

Qara dəniz Enerji Kabeli layihəsi təkcə regional infrastrukturuninkişafında vacib rol oynamır, həm də Azərbaycanın öz regionundankənarda da iqtisadi inkişafa və təhlükəsizliyə töhvə verən bir ölkəkimi qlobal əhəmiyyətini nümayiş etdirir.

Bunu Trend-əözəl müsahibəsində Gürcüstanın keçmiş baş nazir müavini, keçmişxarici işlər naziri Eka Tkeşelaşvili bildirib.

Onun sözlərinə görə, qlobal informasiya gündəmi adətən, ABŞ,Avropa və Çin kimi iri geosiyasi oyunçularına, həmçinin münaqişə vəmüharibələrlə bağlı hadisələrə fokuslanır. Lakin praktikada qlobalçağırışların real həlləri – ümumi inkişafa töhvə verə biləcəkmüdrik baxış və lider keyfiyyətlərinə malik ölkələrin iştirakedəcəyi kollektiv tədbirlər tələb edir.

"Qara dəniz enerji kabeli" layihəsi sübut edir ki, qlobalgüclərlə yanaşı, strateji düşüncə və yeni həllər yaratmağa hazırolan ölkələr də mühüm rol oynayır. Azərbaycan təkcə daxili inkişafbaxımından əhəmiyyətli nailiyyətlər əldə edən bir ölkə kimi deyil,həm də qlobal iqtisadi artım və təhlükəsizliyin netto-donorunaçevrilmiş dövlət kimi tanınır. Bu layihə Azərbaycanın potensialınıtəsdiqləməklə yanaşı, artıq əldə olunmuş nəticələri də nümayişetdirir və inkişafı regiondan kənara çıxarır", – deyə E.Tkeşelaşvili qeyd edib.

O həmçinin qeyd edib ki, Azərbaycan və Gürcüstan arasındatərəfdaşlığı təkcə bir layihəyə bağlamaq düzgün deyil, belə ki, butərəfdaşlıq münasibətləri onilliklər ərzində qurulub və tarixinçətin sınaqlarından keçmiş strateji ittifaq halına gəlib.

“Təkcə bir layihə Azərbaycanla Gürcüstan arasındakı tərəfdaşlığımüəyyən edə bilməz. Biz tarix boyu – strateji müttəfiq, qardaşmillətlər olmuşuq. Ən yeni tarixdə də təkcə regionda yox, həm dədaha geniş miqyasda ən yaxın dostlardan və tərəfdaşlardanqalmaqdayıq. Biz görürük ki, siyasi liderlərin strateji müdrikliyivə qətiyyəti regionda ən sabit strateji əlaqənin özülünü qoyub vəbu bizim çətin dönəmləri adlamağımıza və birgə səylərimizi ümumitəhlükəsizlik, firəvanlıq və iqtisadi inkişafın əldə olunmasınayönəltməyimizə kömək olub”, -deyə o bildirib.

E. Tkeşelaşvilinin sözlərinə görə, Ukraynadakı müharibə iləəlaqədar qlobal logistikanın keçidi və sanskiya məhdudiyyətlərişəraitində, alternativ marşrutlara, o cümlədən Orta dəhlizə ehtiyacyaranır, bu isə son vaxtlar daha da aktual olub.

“Ukraynadakı müharibə ənənəvi ticarət yolları sistemini əsaslışəkildə dəyişib. Rusiya uzun müddət logistikada mühüm roloynayırdı, ələlxüsus da şimal marşrutlarında. Ancaq müharibə buistiqamətə olan etibarı sarsıtdı. Sanksiyaların tətbiqi bunu birçox ölkələr üçün daha da çətinləşdirdi ki, bu da alternativimkanlara o cümlədən təkcə ticarət yox həm də, enerji və bərbaolunan resursların tranzitinə olan tələbatı artırmış oldu. Bukontekstdə Azərbaycanın və bütövlükdə Xəzər regionunun rolu böyükəhəmiyyət kəsb etməyə başlayır”, -deyə E. Tkeşelaşvilibildirib.

O vurğulayıb ki, gələcəkdə Rusiya üzərindən keçən marşrutlarbərpa olunsa belə, alternativ yolların cazibəsi qorunub-saxlanacaqvə "Qara dəniz kabeli" kimi layihələr yeni qlobal infrastrukturunmühüm elementləri olaraq qalacaq.

E. Tkeşelaşvili həmçinin Qlobal Bakı Forumunun roluna toxunaraq,onun qlobal məsələlərin müzakirəsi və həll yollarının işlənibhazırlanması üçün mühüm platforma olduğunu qeyd edib.

"Qlobal Bakı Forumu özü bir nəticədir, çünki onun əsas məqsədidünyanın müxtəlif ölkələrindən ən görkəmli ekspertləri vənümayəndələri bir araya gətirməkdir. Belə müxtəliflik vətəmsilçilik səviyyəsinə çox nadir hallarda rast gəlmək mümkündür.Bakı Forumunda aparılan müzakirələrin dərinliyi bir çox aspektlərdəmisilsizdir. Ümid edirik ki, forumun sonunda biz qlobal dünyanizamında qarşılaşdığımız bu böyük transformasiya dəyişikliyibarədə daha aydın təsəvvürə malik olacağıq və hansı həllərin realvə həyata keçirilə bilən olduğunu müəyyən edəcəyik ki, ümumisəylərlə töhfə verə bilək", – deyə o vurğulayıb.

Qara
Qara
Qara
Qara
Məqalədə:
Избранный
12
1
az.trend.az

2Источники