RU

Emin Mahmudovla Abbas Hüseynov niyə çağırılmayıblar?

“Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov və “Qarabağ”ın müdafiəçisi Abbas Hüseynovun Azərbaycan millisinə çağırılmamalarının səbəbi bəlli olub.

İdman.biz xəbər verir ki, bunu yığmanın baş məşqçisi Fernandu Santuş açıqlayıb.

Portuqaliyalı mütəxəssis Haiti və Belarusla görüşlərdə onlara güvənə bilməməsinin səbəbinə aydınlıq gətirib. Hər iki oyunçu zədə üzündən qarşıdakı matçlara çağırılmayıb.

Qeyd edək ki, millimiz martın 22—də Haiti, üç gün sonra Belarusla görüşəcək.

İdman.biz

Избранный
15
idman.biz

1Источники