Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubuünvanlayıb.
Trend xəbər verir ki,məktubda deyilir:
"Zati-müqəddəsləri,
Tacqoyma Gününüz münasibətilə Sizə və Sizin simanızda bütünhəmməzhəblərinizə şəxsən öz adımdan və Azərbaycan xalqı adından ənsəmimi təbriklərimi çatdırıram.
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələrin bugünküsəviyyəsi məmnunluq doğurur. Mədəniyyətlər və dinlər arasındaahəngdar münasibətlərin təşviqinə, humanizm ideallarınıntəntənəsinə yönəlmiş əməkdaşlığımız gündən-günə yeni məzmunlazənginləşir və daha da möhkəmlənir.
Müqəddəs Taxt-Tac ilə əməkdaşlığımızın inkişafına, səmimidialoqumuzun genişlənməsinə Sizin verdiyiniz şəxsi töhfəni yüksəkqiymətləndirirəm. Nümunəvi dözümlülük mühitinin və multikulturalizmənənələrinin hökm sürdüyü Azərbaycanın dünyada insanlar arasındaqarşılıqlı anlaşmanın təşviqində oynadığı rolunu daim təqdiretməyinizə görə Sizə minnətdaram.
Əminəm ki, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələrbundan sonra da sivilizasiyalararası və dinlərarası dialoqungenişlənməsinə, multikulturalizm dəyərlərinin qorunub saxlanmasınavə möhkəmlənməsinə, dünyada sülhün və
əmin-amanlığın bərqərar olmasına xidmət edəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, uzun ömür, xeyirxah vəmüqəddəs missiyanızda uğurlar diləyirəm".