RU

42 illik həsrət bitdi

Çempionlar Liqasının 1/8 final mərhələsində "Brügge"ni mübarizədən kənarlaşdıran (3:1, 3:0) "Aston Villa" 1/4 finala vəsiqə qazanan komandalardan biri olub.

Publika.az xəbər verir ki, bununla Birmingem klubu 42 illik həsrətə son qoyub. İngiltərə təmsilçisi sonuncu dəfə 1983-cü ildə əvvəllər Çempionlar Kuboku adlanan Çempionlar Liqasının 1/4 finalına yüksəlib.

Qeyd edək ki, yarımfinala gedən yolda "Aston Villa" Fransa nəhəngi PSJ ilə qarşılaşacaq.

Избранный
10
1
publika.az

2Источники