Türkiyənin unudulmaz ekran işlərindən olan "Sihirli annem" serialı köhnə aktyor heyəti ilə film kimi çəkiləcək.
Far.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Betüş obrazına həyat verən İnci Türkay 10 ildən sonra ilk dəfə setlərə qayıdacaq.
Məlumata görə, 25 iyun 2022-ci ildə vəfat edən "Sihirli Annem" serialının yazıçısı Gamze Özerin yazdığı filmin tezliklə ekranlara çıxması planlaşdırılır.
Filmdə İnci Türkay, Sahap Sayılgan, Nevra Serezli, Gül Onat, Aysen İnci, Sueda Cil, Jess Molho, Tiraje Başaran, Damla Ersubaşı, Cennifer Boyner, Gizem Güven və Zeynep Özkaya çəkiləcək.