“Ukrayna əsgərlərinin həyatını xilas etmək üçün Müdafiə Qüvvələrinin bölmələri lazım gəldikdə daha sərfəli mövqelərə manevr edirlər. Kursk vilayətinin Sudja və ətraf ərazilərində aktiv hərbi əməliyyatlar davam etdirilir”.
Turkustan.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski məlumat verib.
"Düşmən müdafiə sistemimizi yarmaq, qoşunlarımızı Rusiya Federasiyasının Kursk vilayətinin ərazisindən çıxarmaq və hərbi əməliyyatları Sumı və Xarkov vilayətləri ərazisinə keçirmək üçün hava-desant qoşunlarının və xüsusi əməliyyat qüvvələrinin hücum bölmələrindən istifadə edir. Siyasi məqsədlərinə nail olmağa nəyin bahasına olursa-olsun cəhd edən düşmən Kursk bölgəsində xeyli itkilər verib və verməkdə davam edir”, - deyə o bildirib.
Sırskinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin 2024-cü il avqustun 6-dan davam edən Kursk əməliyyatı zamanı Rusiya hərbçilərinin ümumi itkiləri 54,9 min nəfərdən çox olub.
Ali Baş Komandan qeyd edib ki, ruslar öz məskunlaşdıqları ərazilərə misli görünməmiş hücumlar həyata keçirirlər. Sudja şəhərinə endirilən aviazərbələr nəticəsində bu yaşayış məntəqəsi demək olar ki, tamamilə dağıdılıb.
Ukrayna əsgərlərinin həyatını xilas etmək üçün Müdafiə Qüvvələrinin bölmələri lazım gəldikdə daha əlverişli mövqelərə manevr edirlər:
"İlk növbədə pilotsuz uçuş aparatlarından, eləcə də artilleriya atəş silahlarından istifadə olunacaq. Bunun üçün bütün lazımi əmrləri vermişəm".
Sırski əlavə edib ki, Ukrayna qoşunları Kursk istiqamətində düşmənin 8 hücumunu dəf edib. O, Rusiya-Şimali Koreya ordusunun artan təzyiqinə baxmayaraq, Kursku müdafiə etməyə davam edəcəklərini bildirib./bizim.media/az/
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта