RU

63 yaşlı qadını İT DİŞLƏDİ

Goranboy rayonu Baxçakürd kəndində sahibsiz it qadına ağır xəsarət yetirib. 1962-ci il təvəllüdlü A.Kərimova it dişləmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Modern.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə birliyindən (TƏBİB) bildirilib ki, 13.03.2025-ci il tarixdə saat 09:00 radələrində 1962-ci il təvəllüdlü (qadın cinsli) şəxs it dişləmə səbəbilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Qeyd edilib ki, başın və sol qolun dişlək yarası diaqnozu təyin edilən şəxsə quduzluq əleyhinə zərdab vurulub və ilkin yardım göstərilib. Daha ixtisaslı tibbi xidmət almaq üçün Abbas Səhhət adına xəstəxanaya təxliyə edilib. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.

Избранный
17
3
modern.az

4Источники