Gənclər və İdman Nazirliyinin Qaradağ rayonu, Qobustan qəsəbəsində idman zalının tikintisi işlərinin davamı ilə bağlı elan etdiyi tender ləğv edilib.
Pravda.az-ın xəbərinə görə, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidməti qərar qəbul edib.
Bildirilib ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.
Tenderin dəyəri 1 619 799 AZN olub.
Cabir
Tarix: 13 Mart 2025, 12:05