Polşa prezidenti Anjey Duda ABŞ-ı Polşada nüvə silahı yerləşdirməyə çağırır və o, bu məsələni ABŞ prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla müzakirə edib. Vətəninfo.az xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb.
Qəzetə verdiyi müsahibədə Duda bildirib ki, o, ABŞ prezidenti Donald Trampın Qərbi Avropadan və ya ABŞ-dan Polşaya nüvə silahı ötürə biləcəyini açıq-aşkar hesab edir.
“NATO-nun sərhədləri 1999-cu ildə şərqə doğru hərəkət etdi, ona görə də 26 ildən sonra NATO-nun infrastrukturunun da şərqə doğru hərəkəti olmalıdır. Bu, mənim üçün aydındır. Düşünürəm ki, nəinki vaxt gəlib, həm də bu silahlar artıq burada olsaydı, daha təhlükəsiz olardı”, – Duda bildirib.