RU

Kreml amerikalı danışıqçıların Rusiyaya uçduğunu təsdiqləyib

Kreml amerikalı danışıqçıların Rusiyaya uçduğunu təsdiqləyib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və ABŞ arasında təmasların planlaşdırıldığını təsdiqləyib.

Peskov bildirib ki, Trampın müşaviri Mayk Uolts bir gün əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakovla telefon danışığı aparıb.


O vurğulayıb ki, hazırda Ciddədə ABŞ-Ukrayna danışıqlarının nəticələri ilə bağlı məlumatın Rusiya tərəfinə çatdırılması prosesi gedir.

Peskov Rusiyanın Ukrayna ilə bağlı tələblər siyahısını ABŞ-yə verdiyi iddia edilən məlumatları isə şərh etməyib. Kremlin sözçüsü sülh danışıqlarının hələ başlamadığını unutmamağa çağırıb.
Избранный
10
1
sherg.az

2Источники