RU

Bu ölkə qarışdı: çox sayda yaralı var

Argentinada həmkarlar ittifaqları, müxtəlif vətəndaş cəmiyyəti təşkilatları və futbol komandası azarkeşlərinin dəstəklədiyi hökumət əleyhinə etirazlar kəskin şəkildə davam edir.

Publika.az xəbər verir ki, paytaxt Buenos-Ayresin konqres meydanına toplaşan yüzlərlə etirazçı təhlükəsizlik qüvvələri ilə toqquşub.

Polisin bibər qazı ilə müdaxilə etdiyi hadisələrdə 1-i ağır olmaqla 20 nəfər yaralanıb, 103 nəfər isə nəzarətə alınıb. Əllərində pankartlar və lövhələr daşıyan nümayişçilər pensiyalar daxil, yaşayış şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.

Prezident Xavyer Mileyin iqtisadi siyasətlərinə reaksiya verən həmkarlar ittifaqları tələblərinin yerinə yetirilməməsi halında etirazların intensivliyini artıracaqlarını bildiriblər.

Избранный
2
publika.az

1Источники