ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff Moskvanın Vnukovo hava limanına enib.
"Cebheinfo.az" xəbər verir ki, "Flightradar" izləmə xidmətinin məlumatına görə, "Gulfstream G650" tipli təyyarə 13 martda Dohadakı "Həməd” beynəlxalq hava limanından havaya qalxıb. Təyyarə saat 11:40-da Rusiya hava məkanına Latviya tərəfdən daxil olub. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ABŞ tərəfi Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar aparmaq üçün nümayəndələrini Rusiyaya göndərib və bu gün müvafiq görüşlər keçiriləcək.
Xatırladaq ki, 12 martda Ağ Evin mətbuat katibi Karoline Levitt Vitkoffun Moskvaya Ukraynadakı münaqişənin həlli ilə bağlı müzakirələr aparmaq məqsədilə getdiyini deyib.