Ermənistanda hökmət iclasından sonra insident yaşanıb.
Publika.az xəbər verir ki, iclasdan sonra jurnalistlər xarici işlər naziri Ararat Mirzoyandan sualları cavablandırmasını istəyiblər.
Mirzoyan suallara cavab verməkdən imtina edib. Bu vaxt jurnalistlərdən biri deyib ki, “siz ancaq türk həmkarlarınızla danışırsınız, cənab Mirzoyan?” Bu sözlərdən sonra Mirzoyan geri qayıdıb və deyib: “Əvvəla, mən sizin dediklərinizi son dərəcə kobud, tərbiyəsiz və qeyri-peşəkar hesab edirəm. İkincisi, bu peşəkar jurnalist fəaliyyəti deyil, siyasi aksiyadır. Ayıb olsun sənə”.
Jurnalistlərdən biri “Utanmalısan ki, gəlib bizi biabır etdin” deyib.
Mirzoyan isə cavabında bildirib ki, sizdən kimsə “yalnız türk həmkarlarınızla danışırsınız” deyəndə, mənim “ayıb olsun” demək haqqım var”.
Qeyd edək ki, bir qrup türkiyəli jurnalistin Ermənistana səfəri və Paşinyandan müsahibə alması Ermənistanda ciddi müzakirələrə səbəb olub.
Asif