"Biz çoxtərəfli təşkilatlara ortaq maraqlardan irəli gələrək qoşulmalıyıq”.
APA-nın xəbərinə görə, bu barədə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən çərçivəsində “Çoxqütblü Dünya üçün Multilateralizmə Yenidən Baxılması” mövzusunda paneldə xarici işlər naziri Ceyhun Bayramov deyib.
O bildirib ki, Azərbagcan-Gürcüstan, Azərbaycan-Türkiyə, Azərbaycan-Türkiyə-Qazaxıstan formatlarını ortaya qoymuşuq: “Hökumətlər güclü qonşularla münasibətdə şəffaflığı görməlidir. Şəffaflıqla bağlı problemlərin həlli çox vacibdir”.
Ceyhun Bayramov diqqətə çatdırıb ki, çoxtərəflilik daimidir: “Birtərəflilik heç bir nəticə vermir. Tarix bunu göstərib. Biz çoxtərəflilik aspektində Çinin də imkanlarından da istifadə etməliyik".