RU

“Berezutskinin səhv, yoxsa düz seçim olub-olmadığını...” – “Sabah” azarkeşləri

“Sabah” 26-cı turda “Şamaxı”ya minimal hesabla uduzdu. 5-ci pillədə qərarlaşan “bayquşlar” “Turan Tovuz”dan 9 xal geri qalır. Artıq onların çempionat yolu ilə avrokuboklara vəsiqə qazanmaq şansı azdı.

Əlbəttə, hələ ölkə kuboku da var. Bəs, “Sabah” azarkeşləri indiki durumda nəyə ümid edir? Sizə elə gəlmir ki, Vasili Berezutski səhv seçim idi? “Football-plus.az” bu sualları “Soldati di Sabah” azarkeş qrupunun rəhbəri Ağaxan Abdullayevə ünvanlayıb:

“Hər bir komandanın pis və yaxşı vaxtı olur. Berezutskinin səhv, yoxsa düz seçim olub-olmadığını kubok oyunundan sonra daha yaxşı görəcəyik”.

ƏSƏD SEYİDOV
Избранный
15
football-plus.az

1Источники