RU

SON DƏQİQƏ ! Ermənistan Azərbaycanın təklifi ilə RAZILAŞDI... Bundan sonra...

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib ki, Ermənistan sülh sazişinin razılaşdırlmayan maddələrini qəbul edib. Ümumiyyətlə Ermənistan tərəfindən atılan belə addımlar nədən xəbər verir? Qalıcı sülhün əldə edilməsi üçün daha hansı addımlar atılmalıdır?


Mövzu ilə bağlı siyasi şərhçi Saila Salahova Referans - ın suallarını cavablandırarkən bildirib ki, 2025-ci ilin Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşdırılması baxımından əhəmiyyətli dövr olacağını hesab etmək olar. Ermənistan rəhbərliyi silahlanmaya üstünlük verərək, ordusunu gücləndirdiyi görüntüsünü yaratsa da, sülh onlara hamıdan çox lazımdır. Düzdür, Ermənistana sülhə gedən yolda Qərb maneə olur və onu dəyəri ödənilmədən öldürücü silahlarla yükləyir.




Siyasi şərhçi onu da qeyd edib ki, 2025-ci ildə Ermənistan-Azərbaycan münasibətlərinin inkişaf edəcəyi ilə bağlı subyektiv fikri müsbətdir.  Müsahibimiz hesab edir ki, cari il ərzində iki qonşu ölkə arasında münasibətlərin normallaşması prosesində müsbət tendensiyaları görəcəyik. Amma sülh müqaviləsinin imzalanması məsələsinin gələn il baş tutacağını hesab edirəm. Çünki 2026-cı ildə Ermənistanda parlament seçkisi keçiriləcək.


"Paşinyan seçkiqabağı radikal müxalif qrupların ona qarşı hərəkətə keçməsinə imkan verməmək üçün sülh müqaviləsi ilə bağlı tələblərimizin icrasını seçkidən sonraya saxlayacaq. Ona görə də Paşinyan və komandası sülh danışıqları ilə bağlı müsbət anonslar verməklə bu ili başa vuracaq. Amma seçki başa çatdıqdan sonra Ermənistan konstitusiyasında müvafiq dəyişikliklərin ediləcəyini və qısa zaman kəsiyində sülh müqaviləsinin imzlanacağını hesab edirəm. Həmçinin Cənubi Qafqaz müharibələr və qarşıdurmalardan yorulub", - deyə Saila Salahova əlavə edib.


Bünyamin Bünyadzadə

Referans

Избранный
17
referans.az

1Источники