RU

Azərbaycan qlobal miqyasda sivilizasiyalararası dialoq və əməkdaşlıq mərkəzinəçevrilib - Vüqar Rəhimzadə

Bakı. Trend:

Ənənəvi olaraq hər il keçirilən Qlobal Bakı Forumu dünyaictimaiyyətini narahat edən məsələlərin həlli yollarını araşdıranvə bu istiqamətdə müzakirələr apara bilən nüfuzlu beynəlxalqplatformaya çevrilib. Diqqət yetirsək görərik ki, ildən-iləiştirakçılarının sayı artan Qlobal Bakı Forumunun mövzularınınəhatə dairəsi də genişlənir. Buna əmin olmaq üçün təkcə tarixiZəfərimizdən sonrakı dövrdə keçirilən forumların mövzularına diqqətyetirmək kifayətdir. Belə ki, 2021-ci ildə “COVID-19-dan sonrakıdünya” mövzusunda dünyanın 40-dan çox ölkəsindən 300-ə yaxın qonağıcanlı və onlayn qaydada bir araya gətirən VIII Qlobal BakıForumundan ötən dövrün çağırışları bu mötəbər tədbirlərinmövzularında özünün aydın ifadəsini tapır. “Qlobal dünya nizamınatəhdidlər”, “Çağırışlar və ümidlər”, “Parçalaanmış dünyanınbərpası”, bu gün isə “Dünya düzəninin yenidən düşünülməsi:Çağırışların fürsətə çevrilməsi”. Göründüyü kimi, beynəlxalqgündəlikdə duran əsas məsələlər birgə yollarınmüəyyənləşdirilməsinə, səylərin birləşdirilməsinə çağırışlaredir.

Azərbaycanın qlobal problemlərin həllinə verdiyi töhfələrdavamlılığı ilə diqqətdədir. 2019-cu ilin sonlarından başlayaraqdünyanı bürüyən COVID-19 pandemiyasına qarşı mübarizə tədbirləriningücləndirildiyi zamanlarda ölkəmizin atdığı addımlar bütün bunlaraəyani sübutdur. Dövlətimizin başçısı İlham Əliyev ilk gündən beləbir çağırışı səsləndirdi ki, qlobal çağırışlar qlobal cavabtədbirləri tələb edir. Ölkə Prezidentinin təşəbbüsü ilə öncə türkdünyasının birliyinə yönələn Türk Dövlətləri Təşkilatının, sonradünya dövlətlərinin həmrəyliyinə nail olmaq üçün QoşulmamaHərəkatının Zirvə görüşləri keçirildi. Azərbaycanın BMT BaşAssambleyasından sonra ikinci böyük siyasi təsisat olan QoşulmamaHərəkatına sədrliyi dövrü də koronavirus infeksiyası ilə mübarizətədbirlərinin aparıldığı, 44 günlük İkinci Qarabağ müharibəsininbaş verdiyi, həmçinin postmünaqişə dövrünə təsadüf etdi.

Dövlət başçısı İlham Əliyev martin 13-də öz işinə başlayan XIIQlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında da bu məqamaxüsusi diqqət yönəldərək bildirdi ki, biz dörd il ərzində QoşulmamaHərəkatında sədrlik etdik. COVID dövründə müxtəlif vəziyyətlərdəüzv dövlətlərə dəstək verirdik. Humanitar və maliyyə yardımınagəldikdə, 80-dən artıq ölkəyə kömək etdik. Eyni zamanda, Avropadakıtərəfdaşlar ilə fəal əlaqələr saxlayırdıq. Bütün bunlar bir növQlobal Cənub ilə Qlobal Şimal arasında körpülərin salınmasınabənzəyirdi.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı VüqarRəhimzadə bildirib.

Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyevin hər birçıxışı Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətəçatdırılması baxımından zəngin mənbədir. Qürurvericidir ki,ölkəmizin ev sahibliyi etdiyi tədbirlərin miqyası olduqca genişdirvə hər sahədə Azərbaycanın təcrübəsinin təbliğinə geniş imkanlaryaradır. Dövlətimizin başçısı İlham Əliyev Forumdakı çıxışındahazırkı dövrün əsas çağırışları sırasında yer alan iqlimdəyişmələrinin yaratdığı problemlərin həllinə Azərbaycanın verdiyitöhfələrdən də bəhs etdi. Bildirdi ki, ötən ilin mühüm hadisəsiolan COP29 iqlim diplomatiyasında dönüş nöqtəsi oldu. “Əfsuslarolsun, deməliyəm ki, bu qlobal beynəlxalq tədbir bəzi Qərbmedialarında kampaniyalarla müşayiət olundu”, - deyən dövlətimizinbaşçısı bunun bir sıra mərkəzlərdən gördüyümüzü bildirib. Bunlararasında ABŞ-ın Dövlət Departamentinin, saxta xəbərlər yayan“Washington Post”, “New York Times”, “News Week”, “Politico”,“Associated Press”in, Fransanın Prezident ofisinin, “Le Figaro” və“Le Monde” qəzetlərinin olduğunu vurğulayıb. Azərbaycanın dünyanınenerji təhlükəsizliyinin təminatına verdiyi töhfələrə də diqqətyönəldən dövlətimizin başçısı vurğuladı ki, ölkədə nəinki enerjitəchizatı çatışmazlığı yoxdur, əksinə, bu gün Azərbaycan onlarlaölkələrə enerji ixrac edir, 12 ölkəyə təbii qaz ixrac olunur.Onlardan 10-u Avropa ölkəsidir və təsadüfi deyil ki, ölkəmizPan-Avropa enerji təchizatçısı kimi tanınır.

Vüqar Rəhimzadə qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevinsiyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlhamƏliyevin gələcəyə hesablanmış siyasəti nəticəsində Azərbaycan bugün sabitlik və təhlükəsizlik məkanı kimi diqqətdədir. Təkcə bufaktı qeyd etmək kifayətdir ki, XII Qlobal Bakı Forumunda dünyanınmüxtəlif ölkələrindən 400-ə yaxın nüfuzlu siyasi xadim, o cümlədənazı 50 fəaliyyətdə olan və sabiq prezident, Baş nazir, həmçinin BMTstrukturlarının rəhbərləri, Nobel mükafatı laureatları, alimlər vəekspertlər iştirak edirlər. Bu, tədbirin əhəmiyyətinin,Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisidir. Azərbaycanbeş ildir forumlara qalib ölkə kimi ev sahibliyi edir. 2023-cü ilinsentyabrında suverenliyini tam bərpa etməklə yeni dövrə qədəm qoyanAzərbaycan yeni hədəflərə doğru inamla addımlayır. Azərbaycanınbütün dövrlər üçün aktuallığını qoruyan sülh, təhlükəsizlik,əməkdaşlıq çağırışları bu gün də gündəlikdədir.

Dövlət başçısı İlham Əliyev Forumda “Ermənistan-Azərbaycanprosesinə gəldikdə, biz işğal illərini yaddan çıxara bilmərik vəçıxarmayacağıq” söyləyərək onu da əlavə etdi ki, Azərbaycanxalqının çəkdiyi əzab-əziyyətləri və Ermənistanın təcavüzünün məhzbizə verdiyi ziyanı bilirik. Biz azad olunmuş ərazilərimizdəgörürük ki, barbarlığın səviyyəsi nə yerdədir. Bütün şəhərlər,kəndlər yerlə-yeksan olunub və onlar bizim kəndlərimizə,şəhərlərimizə, bizim dinimizə və tarixi irsimizə qarşı bilərəkdənbelə hərəkətlər etmişlər. 65 məscidi dağıtmışdılar. Ölkə Prezidentibu çağırışı səsləndirdi ki, biz Cənubi Qafqazda sülh qurmalıyıq.Azərbaycan sülh prosesinə bağlıdır və əslində, həmin sülhmüqaviləsinin müəllifidir. Bu müqavilə Ermənistanla Azərbaycanarasında müzakirə edilir və demək olar bəndlərin artıq əksərhissəsi razılaşdırılıb.

Milli Məclisin deputatı bildirib ki, dövlət başçısı İlham ƏliyevForumda dünya güclərinin ikili standartlara əsaslanan siyasətininyaratdığı problemlərdən də bəhs etdi. Vurğuladı ki, biz beynəlxalqhüquq əsasında öz ləyaqətimiz üçün mübarizə apardıq. BMT-ninTəhlükəsizlik Şurasının qətnamələri 27 il kağız üzərində qaldı.Əgər biz öz torpaqlarımızı güc vasitəsilə azad etməsəydik, növbəti27 il də belə qalacaqdı. Bəzən sülhə nail olmaq, ədaləti bərpaetmək üçün gücdən istifadə etməlisiniz. Biz görürük ki, bu günAvropa İttifaqı daha güclü hərbi potensial qurmaq üçün siyasətininecə dəyişir. Bəzi ölkələr öz resurslarını hərbi potensialının,infrastrukturunun gücləndirilməsi üçün sərf edir. Biz bunu ən azı20 ildir edirik. 2005-ci ildən etibarən güclü ordu yaratdıq. O orduəraziləri azad etdi, separatçılığa son qoydu və beləliklə,ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam bərpa olunub. Bu, nəinkiAzərbaycan xalqının güclü iradəsinin təzahürüdür, o cümlədən bu,beynəlxalq ədaləti nümayiş etdirir.

Vüqar Rəhimzadə dövlət başçısı İlham Əliyevin, həmçinin Forumiştirakçılarının səsləndirdikləri çağrışlar fonunda belə birümumiləşdirməni aparıb ki, Azərbaycanın nüfuzu getdikcə artmaqlayanaşı, ölkə qlobal miqyasda sivilizasiyalararası dialoq vəəməkdaşlığın mühüm mərkəzinə çevrilib. Forumun Bakıda keçirilməsidə Azərbaycanın bu sahədə oynadığı strateji rolu və beynəlxalqarenadakı mövqeyini bir daha təsdiqləyir. Bu forumlar xariciqonaqlar üçün Azərbaycanla dialoqu inkişaf etdirmək, yeniəməkdaşlıq əlaqələri qurmaq baxımından mühüm imkandır. Prezidentİlham Əliyevin qeyd etdiyi kimi, biz çox fərəhlənirik ki, QlobalBakı Forumu hazırda aparıcı beynəlxalq platformalardan biridir. BuForumda qlobal gündəlikdə dayanan məsələlər müzakirə olunur.

Избранный
6
5
az.trend.az

6Источники