RU

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində yeni kompozisiyanın ilk təqdimatı olub

Bakı, 13 mart, AZƏRTAC

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində müğənni Çinarə Məlikzadə və qiraətçi Xəzər Süleymanlı ilə görüş keçirilib.

Mərkəzin İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili departamentindən AZƏRTAC-a verilən məlumata görə, layihənin təşkilində məqsəd həssas qruplardan olan şəxslərin incəsənət vasitəsi ilə sosial inteqrasiyasını gücləndirmək və onları motivasiya etməkdən ibarətdir.

Qonaqlar təlimçilər və benefisiarların hazırladıqları əl işlərindən ibarət ekspozisiyaya baxıb, yaradıcılıq studiyalarında təlim prosesi ilə tanış olublar.

Mərkəzin direktoru vəzifəsini icra edən Elnarə Ənsari həssas qruplara aid şəxslərin cəmiyyətə inteqrasiyasını təmin etmək üçün həyata keçirilən tədbirlər barədə məlumat verib. Qonaqlar Təsviri incəsənət studiyasında yaradıcılıq prosesinə qoşulub, benefisiarlarla birlikdə bacarıqlarını sınayıblar.

Sonra Mərkəzin istedadları, təlimçiləri və “İnklüziv DOST” könüllüləri müğənni Çinarə Məlikzadə və qiraətçi Xəzər Süleymanlı ilə birlikdə mahnı və poeziya nümunələri səsləndiriblər. Proqramda qonaqların repertuarından sevilən kompozisiyalar, bəstəkar mahnıları yer alıb. Görüş çərçivəsində qonaqlar birgə layihələri olan “Sənə gəlməyəcəm” adlı kompozisiyanın ilk təqdimatını ediblər.

Избранный
5
4
azertag.az

5Источники