RU

Misirdə sərnişin qatarı ilə mikroavtobus toqquşub: 8 ölü və 12 yaralı

Qahirə, 13 mart, AZƏRTAC

Misirin İsmailiyyə vilayətində sərnişin qatarı ilə mikroavtobus toqquşub.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, qəza nəticəsində 8 nəfər ölüb, 12 nəfər isə yaralanıb. Hadisə mikroavtobusun əl-Qantara Şarq stansiyası yaxınlığında qatarın qarşısına qəfil çıxması nəticəsində baş verib. İlkin məlumata görə, sürücü mikroavtobusu müəyyən olunmamış yerdən sürməyə çalışıb.

 
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Избранный
25
4
azertag.az

5Источники