RU

“Azərbaycan ərazisi (1918-2025)” adlı kitabın təqdimat mərasimi keçirilib

Martın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Milli Məclisin deputatı tarix elmləri doktoru, dosent Vasif Qafarov və Azərbaycan Respublikası baş prokurorunun müavini - Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-leytenantı, hüquq üzrə fəlsəfə doktoru Xanlar Vəliyevin birgə müəllifi olduqları “Azərbaycan ərazisi (1918-2025)” adlı kitabın təqdimat mərasimi keçirilib.

Aznews.az xəbər verir ki, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Ulu Öndər Heydər Əliyevin müdrik siyasətini yeni müstəvidə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlar, həmçinin “Azərbaycan ərazisi (1918-2025)” adlı kitab haqqında məlumat verib. Daha sonra kitabın müəllifləri Vasif Qafarov və Xanlar Vəliyev geniş məruzə ilə çıxış edərək ərsəyə gətirdikləri elmi əsəri ictimaiyyətə təqdim ediblər.

Müəlliflər müasir müstəqil Azərbaycanın mövcudluğunun səbəbkarının Ümummilli Lider Heydər Əliyev olduğunu vurğulamaqla, onun ən layiqli davamçısı Prezident İlham Əliyevin dühası və qətiyyəti, Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi və qayğısı, xalqımızın müdrikliyi və əzmkarlığı, hərbçilərimizin şücaəti və qəhrəmanlığı sayəsində Azərbaycanın tarixi torpaqlarının işğaldan azad edilməsindən söz açıblar. Bildirilib ki, bütün bunlar təqdimatı keçirilən kitabda da öz əksini tapıb. Bu kitabda Azərbaycanın tarixi ərazisinin ümumi mənzərəsinə nəzər salınıb, Azərbaycan Cümhuriyyətinin (1918-1920) ərazisi, onun ümumi sahəsi və sərhədlərinin əhatəsi öyrənilib. Kitabda 1920-ci ilin aprel işğalından sonrakı sovet dövründə Azərbaycan SSR ərazilərinin Ermənistana verilməsi prosesi konkret faktlar və dövrün ilkin arxiv sənədləri əsasında araşdırılıb. Monoqrafiyada Azərbaycan Cümhuriyyətinin 114 min kvadratkilometr ərazisinin Azərbaycan SSR dövründə 86,6 min kvadratkilometrə endirilməsi və Azərbaycanın ərazisinin xalqın iradəsinə zidd olaraq onun əlindən alınması prosesinin obyektiv mənzərəsi yaradılıb.

Избранный
36
7
aznews.az

9Источники