Albaniya hökuməti 2024-cü ilin noyabr ayından başlayaraq ölkə daxilində mübahisəli TikTok-u bir il müddətinə müvəqqəti qadağan etmək qərarına gəlib.
Bu qərardan sonra Milli Kibertəhlükəsizlik Agentliyi (AKSK) Albaniya Elektron və Poçt Rabitə Agentliyindən (AKEP) TikTok-a girişi əngəlləmək üçün tədbirlər görməsini istəyib.
AKSK sözügedən maneənin bu gündən etibarən həyata keçirilməsini istəyib.
Albaniyanın paytaxtı Tiranda Fan Noli İbtidai məktəbində oxuyan 14 yaşlı Martin Cani 18 noyabr 2024-cü ildə başqa bir şagirdin bıçaqla hücumu nəticəsində həyatını itirib.
Tələbələr arasında mübahisənin sosial şəbəkədə başladığı iddia edilib.