Türkiyənin Çorum şəhərində Mütəşəkkil Sənaye Bölgəsindəki(MSB) qida fabrikində baş verən yanğında 4 nəfər tüstüdən zərər çəkib.
MSB 16-cı küçədə yerləşən qida firmasına məxsus fabrikdə naməlum səbəbdən yanğın baş verib.
Xəbərdarlıq üzərinə bölgəyə çox sayda xilasetmə qrupu, Meşə Əməliyyat Müdirliyinə su maşınları, jandarma və sağlamlıq qrupları sövq edilib.
Jandarma qrupları fabrik işçilərini servislərlə təxliyə edərkən, tüstüdən təsirlənən 4 nəfərdən 3-ü xəstəxanaya yerləşdirilib, 1 nəfər isə ambulator müalicə alıb.