RU

“Gəlib dedi ki, Nəcməddin Sadıkov göndərən adamam” - Fazil Məmmədovdan xahiş edibmiş

“AtaBank”dan götürdüyü 42 milyonu mənimsəməkdə ittiham olunan Müdafiə Nazirliyinin keçmiş zabiti Zahid Niftəliyevin məhkəmə prosesi davam edib.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclas şahid ifadələri ilə davam edib.

Şahid Mürsəl Əliyevin sözlərinə görə, cinayət baş verən dövrdə “AtaBank”da mühasib işləyib. Şahid yaşı və xəstəliyi ilə bağlı hakim qarşısında rabitəli danışa bilməyib. Bu səbəbdən onun Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) verdiyi ifadəsi elan edilib.

Mürsəl Əliyev müstəntiqə deyib ki, təqsirləndirilən şəxsin kredit götürdüyü “Şahin-CO” şirkətini o təşkil edib. Şirkət də Zahid Niftəliyevin adına təsis edilib. 

Niftəliyev özü sərbəst ifadəsində demişdi ki, “Şahin-CO”nu Müdafiə Nazirliyinin sabiq qərargah rəisi Nəcməddin Sadıkovun istəyi ilə yaradılıb.

Şahid Əliyev də bunu təsdiq edib. O, əlavə edib ki, Nəcməddin Sadıkov həmin şirkətə pul ayrılması üçün mərhum vergilər naziri Fazil Məmmədovdan xahiş edib:

“Zahid yanıma gəlib dedi ki, Nəcməddin Sadıkov göndərən adamam. Mən də şirkəti təsis edib verdim. Bir neçə gün sonra bankdan kredit ayrıldı”. 

Zahid Niftəliyev bildirib ki, Fazil Məmmədov nazir vəzifəsindən azad edildikdən sonra şirkətə ayrılan kreditdən narahat olub. Mürsəl Əliyevə isə ona bir şey edə bilməyəcəyini bildirib.

Prosesin davamında “AtaBank”da müşahidə şurasının üzvü işləmiş İltifat Ağayev ifadə verib. Şahid etiraf edib ki, 2015-ci ildən sonra bank kənar şəxslər tərəfindən idarə edilib. “Şahin-CO” üçün də kredit ayrılması bankda müzakirə edilməyib:

“O, şirkətə kredit ayrılsaydı, mütləq mənim xəbərim olardı. Kənar şəxslərin qəbul etdiyi qərar olub”,-şahid qeyd edib.

Proses gələn ay digər şahidlərin dindirilməsi ilə davam edəcək.

Qeyd edək ki, cinayət işinin ibtidai istintaqı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılıb.

“Şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyev öz adına formal şirkət açaraq “AtaBank” ASC-dən götürülmüş 42 milyon manat krediti ödəməməkdə təqsirləndirilir.

"Cebheinfo.az"

Избранный
29
7
cebheinfo.az

8Источники