RU

Xamenei Trampın çağırışına cavab verdi

İranın ali dini lideri Ayətullah Əli Xamenei ABŞ prezidenti Donald Trampın danışıqlar barədə çağırışına və təhdidlərinə cavab verib. Metbuat.az xəbər verir ki, o, ABŞ-nin hazırkı administrasiyası ilə danışıqların nəticə verməyəcəyini və sanksiyaların ləğvinə səbəb olmayacağını bildirib. Xamenei paytaxt Tehrandakı iqamətgahında keçirilən tədbirdə bildirib ki, ABŞ-nin təklifi əsassızdır. Xamenei, “Bu, “biz danışıqlara hazırıq və danışıqlar aparmaq və sülh əldə etmək istəyirik, lakin İran bunu etmək istəmir” demək üçündür” - deyə bildirib.

Trampın birinci səlahiyyət müddətində ABŞ-ni Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının təsdiq etdiyi nüvə sazişindən birtərəfli qaydada çıxardığını xatırladan Xamenei, “Biz bir neçə il oturub danışıqlar apardıq, sonra eyni adam bitmiş, başa çatmış və imzalanmış danışıqları masadan götürüb cırıb qopardı. Amerikalılar və onların ünsürləri səhv edərsə, bundan ən çox zərər çəkən onlar olacaq. Təbii ki, müharibə yaxşı bir şey deyil və biz müharibə axtarmırıq” - deyə bəyan edib.

Избранный
5
2
metbuat.az

4Источники