RU

Kaxaber Sxadadze: “Nəticədə istəyimizə çata bilmədik“

I Liqanın XVIII turunun “Zaqatala” – “Qəbələ” qarşılaşması 1:1 hesablı heç-heçəylə bitib.

Futbolpress.az xəbər verir ki, oyundan sonra sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Sxadadze matç haqda fikirlərini klubun rəsmi saytına açıqlayıb:

“İlk öncə onu deyim ki, Zaqatala futbol şəhəridir. Hər dəfə bura gələndə mənə çox xoş olur. Zaqataladan çox sayda yaxşı, xarakterli futbolçular çıxıb. Matça gəlincə, qeyd etdiyim kimi, xarakterli futbolçuları olan komandaya qarşı oynadıq. Çətin olacağını bilirdik. Oyundan öncə də futbolçularıma rəqibin gücü, əzmkarlığı barədə məlumat vermişdim. Hesabda irəlidə olduğumuz vaxt fərqi daha da artıra bilərdik. Lakin bu, baş vermədi. Bir neçə dəqiqə ərzində 4 oyunçunu meydana buraxdıq. Bununla oyunun gedişində dəyişmək istəyirdik. Lakin nəticədə istəyimizə çata bilmədik və 1 xal qazanmaqla kifayətləndik. Buna baxmayaraq, oyunçularıma çox sağ ol deyirəm, hər biri meydanda əziyyət çəkdi”. 

Избранный
28
2
futbolpress.az

3Источники